Qlobal neft təklifi bu ilin oktyabr ayında sentyabrla müqayisədə 20 min barrel artaraq gündəlik orta hesabla 100 milyon 720 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft hasilatı isə sutkada 60 milyon 750 min barrel olub.