14 noyabr 2018 23:04
2376

İordaniya Misirdən daha çox qaz alacaq

İordaniya təbii qaza olan tələbatının üçdə bir hissəsini təmin etmək üçün Misirdən qaz idxalını artıracaq. Məlumatı İordaniyanın enerji naziri açıqlayıb.

İordaniya Misirdən təbii qaz idxalına iki ay bundan əvvəl başlayıb, lakin idxal edilən qazın həcminin yüksəldilməsi İordaniya və İraq arasında tikilən kəmərin tamamlanmasından asılıdır.

Ölkənin enerji naziri Hala Zauati 2019-cu ildə İordaniyanın gündəlik qaz tələbatının 350 milyon kubfut civarında olacağını güman edir.

“Hələki Misirlə razılığa gələ bilməmişik. Oradan nə qədər təbii qaz gətirilməsi ilə bağlı danışıqlar davam etdirilir. Ümid edirik ki, ölkənin ümumi tələbatının üçdə bir hissəsini Misirin hesabına təmin etməyə nail olacağıq”,-deyə nazir bildirib.