Vyetnam-Rusiyanın “Vietsovpetro” birgə müəssisəsi Cənubi Vyetnamda yerləşən “Ca Tam” ofşor yatağında xam neft hasilatına yanvar ayının 15-dən start verəcək.
“Ca Tam” 2014-cü ildən bəri Vyetnamda istismara verilmiş ilk yataqdır. Həmin vaxtlar neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkədə kəşfiyyat işləri zəifləmişdi.
Yeni yataqda istismara başlanılmasının ölkənin azalmaqda olan hasilat göstəricilərinə müsbət təsir edəcəyi gözlənilir.
“Röyter” agentliyinin məlumatına görə, yataqda gündəlik hasilatın 20-25 min barel təşkil edəcəyi proqnozlaşdırılır.