16 noyabr 2018 23:18
2312

Qaz ixracı artacaq

Papua Yeni Qvineya hökuməti Fransanın “Total” enerji şirkəti ilə planlaşdırılan ikinci böyük mayeləşdirilmiş təbii qaz layihəsi ilə bağlı müqavilə imzalayıb.  Layihədə “Total”ın şərikləri “ExxonMobil” və “Oil Search” şirkətləridir.

Onlar layihənin maliyyə şərtlərini gələn ilin əvvəllərində müəyyən etməyi qərara alıblar.

Layihənin əsas məqsədi Papua Yeni Qvineyadakı “Elk Antelop” yataqlarını tədqiq etmək və orada sənaye əhəmiyyətli qaz hasilatına başlamaqdan ibarətdir. Sözügedən yatağın lisenziyası “Total”a 2014-cü ildə verilib.

Bu layihə hesabına Papua Yeni Qvineyanın mayeləşdirilmiş təbii qaz ixracının iki dəfə yüksələcəyi proqnozlaşdırılır.