16 noyabr 2018 23:22
2278

Çin Qərbi Afrikadan idxalı azaldacaq

Çin bu aydan etibarən yüksək daşıma xərcləri ilə əlaqədar olaraq, Qərbi Afrikadan idxalı azaldacaq. ABŞ-ın sanksiyaları səbəbindən İrandan xam  neft idxalını azaldan Cənubi Koreya isə əksinə Qərbi Afrikaya üz tutacaq. Cənubi Koreya Qərbi Afrikadan xam  neft idxalını  son 11 ildə görülən ən yüksək həddə çatdırmağı planlaşdırır.

“hellenicshippingnews.com” saytının yaydığı məlumata görə, Nigeriya və Anqolanın xam  nefti çinli müştərilər tərəfindən sevilsə də, yüksək idxal xərcləri baxımından sərfəli deyil. Qərbi Afrika neftinin Çinə gətirilməsinin gündəlik xərcləri təkcə oktyabr ayı ərzində 50 min dollar təşkil edib.