“Iki sahil” proactiveinvestors.co.uk saytına istinadən xəbər verir ki, Birləşmiş Krallığın “Cairn Energy PLC” müstəqil neft-qaz kəşfiyyatı və hasilatı şirkəti Şimal dənizində yerləşən “Agar-Plantain” blokunda qazılan “9/14a-17B” quyusunda neft kəşfinə imza atıb.
Quyuda ilkin tədqiqatlar aparılıb və quyudan 15 -50milyon barrel kəşfin əldə olunduğu bildirilib. Kəşfin aşkar olunduğu yatağın yüksək hasilatlı olacağı və kommersiya xarakterli hasilatın əldə olunacağı bildirilir.