21 noyabr 2018 16:25
2624

Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları azalır

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,5 milyon barrel azalaraq 439,2 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları artmışdı.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.