22 noyabr 2018 23:28
2909

İsraildən Avropaya yeni qaz kəməri

İsrailin “Leviatan” və Afrodita” ofşor qaz yataqlarını Yunanıstan, İtaliya və Türkiyə ilə birləşdirən sualtı qaz kəmərinin tikintisi layihəsi ilə bağlı ölkənin enerji nazirliyinin və layihədə maraqlı olan ölkələrin razılığı alınıb.

İsrailin enerji naziri Yuval Steinitz ölkəsinin iki ərəb ölkəsini-Misir və İordaniyanı qazla təmin edəcəyini açıqlayıb. O bildirib ki, 2000 km uzunluğunda bu kəmər Aralıq dənizindən Avropaya qədər uzanan ən böyük kəmər olacaq.

Buna baxmayaraq, kəmərlə daşınan qazın həcmi elə də çox deyil. Hələlik il ərzində 12 milyard kubmetr qaz daşınması nəzərdə tutulub.

Xatırladaq ki, 2010-cu ildə kəşf edilən “Leviatan” yatağı dünyanın ən iri yeni qaz rezervlərindən biri hesab edilir. ABŞ tərəfindən aparılan geoloji qiymətləndirmələrə görə, “Leviatan” yatağının qaz ehtiyatı 620 milyard kubmetr civarındadır.