Böyük Britaniyanın “Sound Energy” şirkəti Mərakeşdə Tendrera” ərazisində ilk kəşfiyyat quyusunun qazma işlərinin nəticələrini açıqlayıb.
“TE-9” quyusu ümumilikdə 2925 metr dərinlikdə qazılıb. Ərazidə qazılması planlaşdırılan üç quyudan biri olan “TE-9” quyusunda qaz ehtiyatı qeydə alınmadığına görə quyu sementlənərək tərk edilib.
Xatırladaq ki, sözügedən şirkət “Tendrera” ərazisində indiyədək “TE-7”, “TE-8” quyularının qazma işlərini həyata keçirib və müsbət nəticələr əldə edib.
Bundan başqa, Britaniya neft və qaz şirkəti Mərakeşdə neft kəşfiyyatı ilə bağlı müqaviləsinin müddətini səkkiz il uzatması ilə bağlı məlumatı açıqlayıb.
Müqavilə Mərakeşin maliyyə və enerji nazirlikləri tərəfidnən təsdiq edildikdən sonra qüvvəyə minəcək.