23 noyabr 2018 01:20
2959

Neft tullantılarının təmizlənməsində yeni vasitə

Neft dağılmaları yerli ekosistem üçün həm təhlükəli həm də, zərərlidir. Bu günə qədər  neft tullantılarını təmizləmək üçün hələ də, hansısa bir etibarlı vasitə icad olunmayıb, istifadə olunan bir neçə üsul isə heç bir nəticə verməyib, əksinə daha çox kirlənməyə səbəb olub.

Məsələnin həlli üçün tədqiqatçılar yeni üsul hazırlayıblar. Belə ki, ağacdan hazırlanmış, təkrar istifadə oluna bilən yağlı süngərlər öz çəkisindən 40 dəfə çox maddə hopdurmaq qabiliyyətinə malikdirlər.

Süngərlərin hazırlanması üçün dünyada ən yüngül ağac hesab olunan Balsa ağacından istifadə olunub. Bu ağac növündən tez -tez təyyarə modellərinin hazırlanmasında istifadə olunur. 

Tədqiqatçılar hazırladıqları süngərləri müxtəlif yağlarda istifadə ediblər. Süngər özünün 1 qram çəkisinə 10 - dan 41 qrama qədər maddə hopdurmaq bacarığına malikdir. Süngərlər həmçinin filtir kimi yağı məhluldan ayırmaq xassəsinə də malikdir. Bundan başqa , süngərələr 10 dəfədən artıq istifadə oluna bilir.

Tədqiqatçıların sözlərinə əsasən, bu süngərlər okeanda neft tullantılarının təmizlənməsi üçün perspektiv vasitə hesab olunur. Lakin onlar yeni texnologiyanı hələ ciddi təcrübədən keçirməli və sonra tədbiq etməlidirlər.