Səudiyyə Ərəbistanı sutkalıq neft istehsalını artırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib. O qeyd edib ki, ölkəsi noyabrda oktyabrla müqayisədə daha çox neft hasil edib: “Hazırda gündəlik neft istehsalı 10,7 milyon barreldən çoxdur”.
Nazir daha əvvəl dekabrda Səudiyyə Ərəbistanının neft ixracını 500 min barrel azaldacağını demişdi.