Argentina 2019-cu ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına başlayacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölkə hər il 500 min ton LNG ixrac edəcək.
Belçikanın “EXMAR” enerji daşıyıcısı şirkəti Argentinanın “YPF” enerji şirkəti ilə uzun müddətli müqavilə imzalayıb. Müqavilə ölkənin şərqindəki “Bahia Bianca” limanından LNG ixracını əhatə edir.
Təbii qaz mənbəyi kimi “Vaca Muerta” şist qazı yatağı istifadə olunacaq.