“Brent” markalı neftin bir barrelinin qiyməti 59 dollara geriləyib.
AZƏRTAC xəbər verir ki, bu, son bir ildə minimum qiymətdir. Belə ki, “Brent”in qiyməti sonuncu dəfə ötən ilin noyabrında 60 dollar/barreldən aşağı olub. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 59,61 dollara satılır. “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,09 dollara alıcı axtarır.