Rumıniyanın cənub-qərbində “Mamu” qaz yatağının yaxınlığında yeni yataq aşkar edilib.
AZƏRTAC xəbər verir ki, kəşfiyyat qazma işlərini “OMV Petrom S.A.” şirkəti həyata keçirib. Layihəyə 11,4 milyon dollar sərmayə qoyulub. Yataqdan gündəlik 190 min kubmetr qaz hasil olunacağı gözlənilir.
Şirkət 2018-ci ildə keçən illə müqayisədə kəşfiyyat qazma işlərinə 40 faiz çox vəsait yönəldib.