26 noyabr 2018 19:02
2655

İsrail Aralıq dənizində təbii qaz boru kəməri inşa edə bilər

İsrail Aralıq dənizində təbii qaz boru kəməri inşa edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İsrail Yunanıstan, İtaliya və Cənubi Kiprlə qaz boru kəmərinin inşasına dair razılığa gəlmə ərəfəsindədir. Belə ki, İsrail “Leviathan” və “Aphrodite” qaz yataqları bölgəsində 2 min kilometrlik boru kəməri inşa etməyi nəzərdə tutur.

Kəmərin inşası 8 milyard dollara başa gələcək və o, dünyanın ən dərin sualtı boru xətti olacaq.