BP neft şirkəti Şimal dənizinin Böyük Britaniyaya məxsus hissəsində “Clair Ridge” adlı nəhəng layihə üzrə ilk nefti hasil edib. Layihənin çox böyük investisiya tələb etdiyi bildirilir.
“Clair Ridge” BP-nin 2018-ci ildən bəri altınıcı iri layihəsidir. Layihənin şirkətin gündəlik hasilat göstəricisini 2021-ci ildən 900 min barel yüksəldəcəyi proqnozlaşdırılır. Ərazinin ümumi ehtiyatı yeddi milyard barel karbohidrogen həcmində qiymətləndirilib. Layihə üzrə 40 illik hasilatın aparılması üçün 4,5 milyard avro dəyərində qurğular tələb olunur.
“Clair Ridge” layihəsində hasilata başlanılması illərlə göstərdiyimiz inadkarlığın kuliminasiya nöqtəsidir. Bu yataq 1977-ci ildə kəşf edilib. 40 il müddətdən sonra Böyük Britaniyada ən böyük sərmayə yatırdığımız layihələrdən birində neft hasil etmək bizim üçün böyük nailiyyətdir”,-deyə BP-nin baş icraçı direktoru Bernard Luni bildirib.
Xatırladaq ki, BP bu layihə zamanı ofşor istismar tarixində ilk dəfə “LoSal” texnologiyasından istifadə edib.