Misir yeni aşkar edilmiş böyük sualtı təbii qaz rezervlərindən istifadə etməklə başlıca enerji ixrac edən ölkələrdən birinə çevrilmək və iqtisadiyyatını bərpa etmək istəyir.
Aralıq dənizində geniş qaz yataqlarının kəşfindən ilhamlanan rəsmi Qahirə son aylarda İsrail, Kipr, Yunanıstan və s. ölkələrlə qaz müqavilələrinə imza atıb.
Misirin keçmiş neft naziri Osama Kamal ölkəni “regional enerji mərkəzinə” çevirməyi planlaşdırırdı.
Son illər Aralıq dənizinin Misirə məxsus hissələrində dörd iri yataqda təbii qaz ehtiyatı aşkar edilib.
2015-ci ildə İtaliyanın “Eni” şirkəti tərəfindən kəşf edilən “Zohr” yatağı Misirə aid sularda indiyədək tapılmış ən iri qaz yatağı hesab edilir.
Bu ani hadisə Ərəb dünyasının ən çox əhalisi olan ölkəsi Misirin mayeləşdirilmiş təbii qaz idxalını dayandırmasına səbəb oldu ki, bu da ölkəni aylıq 220 milyon dollar xərcdən azad etdi.
Misirin hazırda təbii qaz hasilatı günə 184 milyon kubmetr təşkil edir.
Yerli tələbatı təmin edən rəsmi Qahirə ixracı gücləndirmək və regional bazarda nüfuzunu möhkəmləndirmək niyyətindədir.