26 noyabr 2018 23:29
2908

Equinor şirkətinin yeni kəşfi

Kanadanın “Equinior” enerji şirkətinin köməkçi şöbəsi “Equinor Energy AS” operatoru olduğu 615 saylı blokda qazılan “7324/3-1”  quyusunun qazma işlərini tamamlayıb.

“İki sahil” youroilandgasnews.com saytına istinadən xəbər verir ki, quyu “7325/1-1” kəşfinin şimal-qərbinin təxminən 15 kilometrliyində qazılıb. Quyu ilkin olaraq, daha əvvəl neft ehtiyatının sübut olunduğu Təbaşir yaşlı yuxarı Snad qayalıqlarını hədəfə alıb. Quyunun ikinci hədəfə aldığı ərazi isə orta Yura yaşlı Sto formasiyasıdır. Şirkət sözügedən quyudan əvvəl “7325/1-1” quyusunu qazmış və quyudan 0.5 -2 milyard kub fut qaz hasil edib. “7324/3-1” şirkətin 615 saylı blokda qazdığı üçüncü kəşfiyyat quyusudur.

Qeyd edək ki, quyu suyun 1678 metr dərinliyində şaquli istiqamətdə “West Hercules” qazma qurğusu vasitəsi ilə qazılıb.