26 noyabr 2018 23:34
2791

Kəşfiyyat quyusu qazılıb

“Faroe” müstəqil neft-qaz kəşfiyyatı və hasilatı şirkəti Norveç sahilindən kənarda “Brasse East” kəşfiyyat quyunu qazmağa başlayıb. Şirkət quyunun operatorudur və quyuda 50 % payın sahibidir. “İki sahil” energyvoice.com saytına istinadən xəbər verir ki, “Brasse East” quyusu “Transocean Arctic” yarımdalma qazma qurğusu vasitəsi ilə qazılacaq. Qazma proqramının nəticəsi əməliyyatlar tamamilə bitəndən sonra açıqlanacaq.

Şirkətin icraçı direktoru Qraham SteVart “Brasse” yatağında “Brasse East” kəşfiyyat quyusunun qazılmasından məmnun olduğunu, “ Brasse East”-in yüksək potensiala malik quyu olacağını və yatağın şimal-şərqində əlavə kəşfiyyat quyusu qazmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, sözügedən yataq  “Faroe” tərəfindən 2016-cı ildə kəşf olunub.