Meksikanın dövlət enerji şirkətinin cənubda, Verakruz ştatında yerləşən 70 yaşlı “İxaçi” yatağında apardığı tədqiqatlar yatağın bir milyard barrel həcmində təsdiq edilmiş ehtiyatı olduğunu göstərib.
“İxaçi” yatağında ilk qazma işlərinə 1948-ci ildə başlanılıb, lakin yatağın ehtiyatları 2017-ci ilə qədər müəyyən edilməmişdi.
“Petroleos Mexicanos” şirkəti sözügedən yatağın son 25-il ərzində təsdiqlənmiş ən böyük yataq olduğunu açıqlayıb.
Yataqda 2022-ci ildə hasilata başlandıqdan sonra gündəlik 80 min barrel neft və 700 milyon kubfut qaz hasil ediləcək.