Kanadanın “Husky” enerji şirkəti Kanadanın Atlantik sahilində 1572 barrel neft sızması aşkar edib.
CBC News -un verdiyi məlumata görə, iri həcmli sızma Kandanın Newfoundland və Labrador (C-NL) əyalətlərində görünməyə başlayıb, daha sonra yayılaraq sahilə qədər çatıb. Hava şəraitinin kəskin olması ərazidə təmizlənmə işlərini gecikdirib və hazırda ərazidə təmizlənmə əməliyyatlarının aparılması mümkünsüz görünür.
Neft sızmasının mənbəyi “Husky” şirkətinin opertoru olduğu “White Rose” yatağı olub. Hadisə noyabr ayının 16-sı baş verib və hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yataqda əməliyyatlar 15-i dayandırılmışdı.
Aparılan sualtı tədqiqatlar göstərir ki, sızmanın yaranmağına səbəb mənbənin olduğu “White Rose” yatağınındakı neft saxlayan çən olub.
“İki sahil” thechemicalengineer.com saytına istinadən xəbər verir ki, Kanadanın Newfoundland Dəniz Neft Şurası (C-NLOPB) hadisə ilə əlaqədar istintaqa başlayıb.
Hadisənin təsiri canlı təbiətdən yan ötməyib, belə ki 18 növ quş çirklənmədən ziyan görüb. Çoxlu ölü quş aşkar olunub. CBC News bioloqların minlərlə dəniz canlısının baş verən bədbəxt hadisədən daha çox ziyan çəkəcəyini gözlədiklərini bildirib.