29 noyabr 2018 14:36
2272

“Azeri Light”ın bir barreli 62,03 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1 dollar ucuzlaşaraq 62,03 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.