30 noyabr 2018 16:28
2918

Bakıda neft-qaz hasilatı artıb

Bakıda neft-qaz istehsalı artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, paytaxtdakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-oktyabr aylarında 35 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 82,7 faizi mədənçıxarma sektorunda, 15,4 faizi emal sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda xam neft istehsalı 0,2 faiz, təbii qaz hasilatı isə 3,6 faiz çoxalıb.