İraqın sutkalıq neft ixracı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, noyabr ayında İraqın gündəlik neft ixracı orta hesabla 3,37 milyon barrel olub. Oktyabrda isə bu göstərici 3,47 milyon barrel təşkil edib.
Noyabrda İraqın ümumi neft ixracı isə 101,15 milyon barrel olub. Oktyabr ayında bu rəqəm 107,82 milyon barrel təşkil edib. Beləliklə İraqın neft ixracı noyabr ayında oktyabrla müqayisədə 6 faiz azalıb.
Qeyd edək ki, İraq Səudiyyə Ərəbistanından sonra OPEC-in ikinci ən böyük neft istehsalçısıdır. Bu ölkə neft ixracına görə karteldə üçüncüdür.