Norveçin “Wellesley Petroleum” karbohidrogen kəşfiyyatı şirkəti dekabr ayının 3-də 35/4-U-1 və 35/4-2 kəşfiyyat quyularının qazılması ilə bağlı icazə hüququ alıb. Şirkətə qazma işləri aparmaq hüququnu “Petroleum Safety Authority” (PSA) departamenti verib.
Qeyd edək ki, “Wellesley” quyunun qazıldığı 931 saylı hasilat yatağının operatorudur .
“İki sahil” youroilandgasnews.com saytına istinadən xəbər verir ki, PSA departamentinin “Wellesley” şirkətinə qazma hüququ verdiyi quyular 35/4-2 (Songesand) və 35/4-U-1qaz ehtiyatının olduğu pilot quyusudur.
“Songesand” quyusu Şimal dənizində, “Vega” yatağının 28 kilometrliyində, suyun 392 metr dərinliyində qazılıb. Qazma işləri dekabr ayının 3-dən başlayıb və təxminən 17 gün davam edəcək. Quyunun qazılmasında Yaponiyanın “Mitsubishi Heavy” şirkətinə məxsus olan “Transocean Arctic” yarımdalma qazma qurğusundan istifadə olunur.