Enerji departamentinin direktoru Mark Bynoenun verdiyi məlumata görə, Birləşmiş Ştatların nəhəng neft şirkəti “Exxon Mobil” Qayanada sahildən kənarda “Pluma -1” quyusunda X kəşfə imza atıb.
Əldə olunan məlumata görə, sonuncu kəşf gündəlik 5milyard barrel neftin hasil olunduğu Stabroek blokunda aşkar olunub. Mark Bynoe bu kəşfin Qayana üçün mühüm rolunun olacağını və kəşfin aşkar olunduğu blokun 26.800 kvadrat kilometr böyüklükdə olduğunu da bildirib.
“İki sahil” stabroeknews.com saytına istinadən xəbər verir ki, kəsfin aşkar olunduğu “Pluma-1” quyusu 121 futluq, yüksək keyfiyyətə malik karbohidrogen ehtiyatın aşkar olunduğu “Turbot-1” quyusunun 27 kilometrliyində yerləşir. “Pluma -1” quyusu suyun 5, 013 metr dərinliyində “Noble Tom Madden” qazma gəmisi vasitəsi ilə noyabr ayının 1-də qazılıb. İlkin hesablamalara görə, quyudan gündəlik 750,000 barrel ehtiyatın hasil olunacağı proqnozlaşdırılır. Qazma işlərinin aparıldığı “Noble Tom Madden” gəmisi qazma işləri bitdikdən sonra “Longtail-1” quyusunun qazılması üçün “Tilapia-1” yatağına köçürələcək.