Avstraliyanın “Cue Energy” neft-qaz kəşfiyyatı və hasilatı şirkəti İndoneziya sahilində yerləşən “Paus Biru-1” quyusunda nəhəng qaz kəşfinə imza atıb. Kəşf “Mundi” rezervuarını hədəfə alıb.
“Cue Energy Resources Limited” “Cue Sampang Pty Ltd” şirkətinin köməkçi şöbəsidir və kəşfin aşkar olunduğu “Paus Biru-1” kəşfiyyat quyusunda 100% payın sahibidir. İlkin əməliyyat zamanı quyunun 576-605 metr dərinliyindən gündəlik həcmi 11.2 milyon kub fut qaz hasil olunub.
“İki sahil” proactiveinvestors.com.au saytına istinadən xəbər verir ki, quyuda hasilat 9 gün ərzində aparılacaq.
“Cue Energy” şirkətinin baş icraçı direktoru Matthew Boyall nəticələrin çox yaxşı olduğunu və yeni qazılacaq quyulardan da belə bir nəticə görmək istədiyini bildirib.