10 dekabr 2018 23:20
2300

“Qazprom” Arktikada əməliyyatlara başlayıb

Rusiyanın neft nəhəngi  “Qazprom” şirkəti ArktikadakıYamal yarımadasında yerləşən “Bovanenkovo” qaz yatağında təbii qaz hasilatını yüksəltmək məqsədilə əməliyyatlara başlayıb.

“Qazprom”, həmçinin şimali Avropaya qaz ixracını təmin etmək üçün  “Ukta-Torzok” qaz kəmərinin gücünü artırması haqda məlumatı açıqlayıb.

“Qazprom” Avropaya bu il rekord həcmdə, 200 milyard kubmetr həcmində təbii qaz ixrac etməyi planlaşdırır.

Şirkət layihənin son mərhələsinin də tamamlanmasından sonra “Bovanenkovo” yatağında illik 115 milyard kubmetr hasilata nail olmağı planlaşdırır.

Sözügedən yatağın ümumi ehtiyatları 5 trilyon kubfut-illik qlobal qaz tələbatı ilə eyni həcmdədir. Yataq “Qazprom”un yeni rezervlər üzə çıxarmaq, Qərbi Sibir regionundakı ənənəvi yataqlardan əlavə hasilat aktivlərinə sahib olmaq məqsədi daşıyır.