10 dekabr 2018 23:24
1881

“Chevron” büdcəsini artıracaq

ABŞ-ın “Chevron” enerji şirkəti 2019-cu il üçün maliyyə xərclərini 20 milyard dollar həcmində müəyyənləşdirib. Bu, şirkətin dörd il ardıcıl olaraq, xərclərini azaltmasından sonra ilk dəfə büdcə artırmasıdır. 2018-ci ildə şirkətin büdcəsi 18,3 milyard dollar olub.

20 milyard dollardan 17,3 milyard dollarını şirkət ABŞ-da və digər ölkələrdə kəşfiyyat və hasilat biznesinə xərcləməyi planlaşdırır. Şirkət ABŞ-da əsasən Permian hövzəsində məhsuldar aktivlərə malikdir.

Planlaşdırılan xərclərin təxminən 2,5 milyard dolları şirkətin emal, yanacağın və yağların daşınması, neft-kimya məhsullarının istehsalı və satışına yönəldiləcək.