BP və Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala İnvestment” korporasiyası Sinay yarımadasının şimal sahillərində yerləşən “Nour” dərinsulu qaz yatağında pay alacaqlar.
“Nour” yatağı Aralıq dənizində ən böyük qaz yatağı hesab edilən”Zohr” qaz yatağının yaxınlığında yerləşir.
Misirin Neft Nazirliyinin yaydığı məlumata görə, BP yataqda 85 % payla operator olan italyan şirkəti “Eni”dən 25 %, “Mubadala” isə 20 % pay alacaq.
Qeyd edək ki, yerdə qalan 15 % Misirin dövlət tərəfindən idarə edilən “Tharwa Petroleum” şirkətinə məxsusdur.