"Yanvar-noyabr aylarında "Kaşaqan" yatağında neft hasilatı 12 milyon ton təşkil edib".
"Report" xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
Qazaxıstan Energetika Nazirliyi 2018-ci ilin yekununda "Kaşaqan" yatağında neft hasilatının 13 milyon ton təşkil edəcəyini gözləyir.
"Kaşaqan" Xəzər dənizinin Qazaxıstan sektorundakı ilk dəniz neft-qaz yatağıdır, eləcə də Qazaxıstanda ən böyük beynəlxalq investisiya layihəsidir. Yataqda kommersiya hasilatına 2016-cı il noyabrın 1-dən başlanılıb.