11 dekabr 2018 15:55
1138

Kompleks Qazma İşləri Tresti cari ildə 65 quyu qazıb

SOCAR-ın Kompleks Qazma İşləri Tresti bu ilin yanvar-noyabr aylarında 65 quyu qazıb.

AZƏRTAC xəbər veriri ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, şirkətin Kompleks Qazma İşləri Tresti cari ilin 11 ayı ərzində planlaşdırılan 62 quyu yerinə, faktiki olaraq 65 quyuda qazma işlərini başa çatdırıb. Trest hazırda “Bulla-dəniz”, “Neft Daşları”, “Qaradağ” və “Səadan” yataqlarındakı 5 quyuda qazma işlərini davam etdirir.