12 dekabr 2018 16:19
1024

Bu ilin 11 ayında 321 çoxmərtəbəli binaya təbii qaz verilib

2018-ci ilin yanvar-noyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 321 çoxmərtəbəli bina üzrə təbii qazın verilməsini təmin edib.

“Report” Birliyə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 25 430 ailə yaşayır.

Bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.