12 dekabr 2018 22:48
1984

Birləşmiş Ştatların neft ehtiyatları azalıb

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 10,2 milyon barrel azalaraq 434 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 5,4 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.