12 dekabr 2018 23:04
1944

“Total” iki kəşfiyyat blokuna sahib olub

“İki sahil” africaoilandpower.com saytına istinadən xəbər verir ki,  nəhəng Fransanın “Total”  neft şirkəti Mavritaniya sahilində yerləşən iki kəşfiyyat quyusuna sahib olması əldə etməsi ilə bağlı Mavritaniyanı  neft naziri Mohamed Abdel Vetah ilə müqavilə imzalayıb. 

Müqavilə  Mavritaniyanın paytaxtı Nuakşot şəhərində keçirilən konfransda imzalanıb. Yeni müqavilənin Mavritaniyada kəşflərə sahib olan “Total”ın gəlirlərini artıracaq. Müqaviləyə əlavə olaraq, “Total” elektrik enerjisi istehsalı infrastrukturunu maliyyələşdirəcək bir fondun yaradılmasına 5 milyon dollar sərf edəcək. Fond, həmçinin şimal-qərbi Afrika ölkələrində mövcud  olan iki elektrik stansiyasının gücünü artırmağa kömək edəcəkdir.