Kanadanın “Husky Energy” neft şirkəti “Newfoundland” və “Labrador”dakı böyük həcmdəki neft sızması ilə əlaqədar yaydığı məlumatda hadisənin şirkəti sarsıtdığını bildirib.
Yerli mətbuatın verdiyi məlumata görə, 16 noyabr tarixində sözügedən neft şirkətinə məxsus boru xəttində yaranan sızmanın Sea Rose FPSO ərazisinə axaraq çirkləndirdiyini etiraf edib.
“İki sahil” oedigital.com saytına istinadən xəbər verir ki, sızma təxminən 20 dəqiqə çəkib və boru xəttində neftin axınında yaranan problem vəziyyəti çətinləşdirib. Sızmaya səbəbin boru xətti konnektorunda yaranan problem səbəb olub. “Newfoundland” aşkar olunan bu sızmanın nəhəng sızma hadisəsi hesab olunur və 250,000 litr neft sızaraq okeana tökülüb. Əraziyə gələn nümayəndə heyəti çirklənmənin tamamilə aradan qaldırmağın mümkün olmayacağını bildirib.