Rusiyanın “QazpromNeft” şirkəti Afrika ölkəsi olan Sudanda, Qırmızı dənizin kontinental şelfində potensial rezervlərin tədqiqinə başlanılması layihəsində iştirak edəcək. Məsələ ilə bağlı Rusiya və Sudan arasında artıq protokol da imzalanıb.
Protokolda “QazpromNeft” və Sudanın dövlət neft korporasiyasının Qırmızı dənizdəki 13 saylı blokda birlikdə geoloji tədqiqatlara başlanılması ilə bağlı razılığa gəldiyi bildirilir.