Prezident Gülağa İslamovu ordenlə təltif edib

18 dekabr 2018 21:00
2428

Prezident İlham Əliyev Gülağa İslamovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.