Mingəçevirə yeni icra başçısı təyin edildi

17 dekabr 2018 19:46
2395

Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edib

Prezident İlham Əliyev İlham İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.