Bu sualın dəqiq cavabını yalnız alimlər verə bilər.
- İnsan orqanizmi 100. 000.000.000.000 (yüz trilyon) hüceyrədən ibarətdir.
- İnsanın bədəninin 60%-i sudan ibarətdir. Belə ki, yağ toxumalarında suyun səviyyəsi 20%, sümüklərdə 25%, qara ciyərdə 70%, əzələlərdə 75%, qanda 80%, beyində isə cəmi 85% -dir. İlk baxışdan beyində suyun səviyyəsinin maye halında olan qanda suyun səviyyəsindən yuxarı olması paradoksal görünür.
- İnsan orqanizminin yerdə qalan cəmi 40%-i belə bölünür: zülal - 19%, yağ və yağa oxşar maddələr - 15%, mineral maddələr - 5%, karbohidratlar - 1 %.
- İnsan bədənini təşkil edən əsas elementlər oksigen, karbon, hidrogen və azotdur. Böyüklərdə onların cəmi təxminən 70 kiloqrama bərabərdir. Kalsium və fosfor heç də az deyil, təxminən 2 kiloqrama bərabərdir. Kalium, kükürd, natrium, xlor təxminən bir neçə on qram çəkiyə sahibdir. İnsan orqanizmində dəmir cəmi 6 qramdır, lakin buna baxmayaraq hemoqlabinin tərkibinə daxil olaraq vacib rola sahibdir.
- Qəribə olsa da, sümüklərin dəqiq sayını demək mümkün deyil. Belə ki, hər bir insanda sümük sayı da müxtəlifdir. İnsanların təxminən 20%-də onurğa sütununda çatışmazlıq var. 20 insandan birində qabırğa sümüyünün sayı artıqdır. Kişilərdə qadınlara nisbətən qabırğa sümüyünün sayının artıq olması 3 dəfə çoxdur. Bundan başqa, yaşa dolduqca sümüklərin sayında dəyişikliklər baş verir: zamanla bəzi sümüklər bitişir. Buna görə də, sümüklərin sayını dəqiq söyləmək mümkün olmur. Lakin təxminlərə görə insan bədəninin 200 sümükdən ibarət olduğu güman edilir.
- Ən uzun sümük bud sümüyüdür. Onun uzunluğu insanın uzunluğunun 27,5%-nə bərabərdir. Ən qısa sümük isə qulaqda yerləşən üzəmgi sümüyüdür. Onun uzunluğu cəmi 3-4 millimetrdir.
- Ən kiçik əzələ də elə məhz üzəngi sümüyünün əzələsidir.
- Əzələlərin də dəqiq sayını demək mümkün deyil. Məsələn, kişilərin bədəninin təxminən 40%-i əzələdən ibarətdir, qadınlarda isə təxminən 30%-i.
- Sakit vəziyyətdə, uzanarkən insan sutka ərzində 12-20 dəfə nəfəs alıb verərək 400- 500 litr oksigen sərf edir.
- Böyüklərdə ürək bir gün ərzində 10000 litr qan dövr etdirir. Bir döyüntüdə aortaya təxminən 130 millilitr qan ötürülür. Sakit vəziyyətdə normal nəbz dəqiqədə 60-80 dəfə vurur, qadınlarda isə bu döyüntü 6-8 dəfə artıqdır. Ağır fiziki iş zamanı nəbz dəqiqədə 200 döyüntüyə qədər arta bilər.
- Qan damarlarının ümumi uzunluğu təxminən 100.000 kilometrə bərabərdir.
- Qanın paylanması necə baş verir? Dörddə bir hissəsi əzələlərin payına düşür, digər dörddə bir hissəsi böyrəklərin, 15%-i bağırsaqların damar divarlarının, 10%-i qara ciyərin, 8%-i beynin, 4%-i ürəyin vena damarlarının, 13%-i isə ağ ciyər və digər orqanların payına düşür.
- Hər bir eritrosit təxminən 270 milyon hemoqlabin molekulunu özündə birləşdirir.
- Onların yaşama müddəti bir ne
çə ay davam edir. Böyüklərdə saatda 1 milyard eritrosit, 5 milyard leykosit və 2 milyard trombosit hüceyrə ölür. Əvəzinə isə yeni hüceyrələr əmələ gəlir. Sutka ərzində təxminən 25 qram qan yenisi ilə əvəz olunur.
- İnsanın beyin sümüyünün çəkisi orta hesabla 2600 qramdır.
- Orqanizmdə sinir sistemi təxminən 10 milyard neyrondan ibarətdir. Bunlardan yalnız bir faizi “sərbəst iş rejimində” çalışır, xarici mühitdən hissiyyatı qəbul edərək əzələlərə komandanlıq edir.
- İnsanın ən böyük sinir hüceyrəsi, digər hüceyrələrdən 1000 dəfə böyükdür. Ən nazik sinir hüceyrəsinin ölçüsü 0,5 mikrometrə bərabərdir. Ən qalın sinir hüceyrəsi isə 20 mikrometrə bərabərdir.
- Başın ümumi sahəsi 1468 santimetrdən 1670 santimetrə qədərdir.
- Bir dəqiqədə beyindən təxminən 740-750 millilitr qan keçir.
- 30 yaşından başlayaraq insan beynində hər gün 30-50 min sinir hüceyrəsi məhv olur. Beyinin ümumi ölçüsü kiçilir. Yaşa dolduqca beyin təkcə çəkisini itirmir, o, həmçinin formasını da dəyişir.
- Göz təxminən 130-250 rəng tonlarını seçmək qabiliyyətinə malikdir.
- Qaranlıqda gözün tam şəkildə adaptasiya olması 60 - 80 dəqiqə çəkir.
- İnsan dərisi orta hesabla 2 kvadratmetr sahəni təşkil edir.
- Bir dəqiqədə dəridən 460 millilitr qan keçir.
- Dəridə soyuğu qəbul edən 250 min reseptor var. İstini qəbul edən reseptorların sayı isə 30 minə bərabərdir. Bundan başqa, bir milyon ağrı hissi sonluqları, yarım milyon hissiyyat və 3 milyon tər vəzləri var.
- Orta hesabla insanın saçlarının sayı, sarışınlarda 140 min, qarabuğdayılarda 102 min, şatenlərdə 109 min, narıncı rəngli saçların sayı isə 88 mindir.
- Saçlar sutka ərzində 0,35 - 0,40 millimetr sürətlə uzanır.
- Dildə təxminən 9.000 dad reseptoru var. Onların çalışması üçün ən yaxşı istilik dərəcəsi 24 Selsidir.
- Dırnaqların uzanma sürəti sutka ərzində 0,086 millimetrdir, ayaqlarda isə 0,05 millimetrdir. İl ərzində əl barmaqlarımızda uzanan dırnaqlarımızın ümumi çəkisi iki qrama bərabər olur.
- İstilik hissi bədənin suya olan tələbatından irəli gəlir. İnsan bədəninin suyunun 5% - nin itməsi ürəkgetməyə səbəb ola bilər, 10% isə susuzluqdan ölümə səbəb ola bilər.
- Təzə barmaq izi dəridən qopan sudan, yağdan, zülaldan, duzdan və dəri hissəciklərindən ibarət olur.
- Hətta ən soyuqqanlı kişilər belə ildə 1-3 millilitr göz yaşı tökürlər. Göz yaşı yağ vəzləri tərəfindən daima istehsal olunur və göz bəbəyini nəmli saxlayaraq havanın təsirindən və tozdan qoruyur.
Könül Əliyeva, “İki sahil”