16 yanvar 2019 18:54
1242

İtaliya Super kuboku: “Milan”, yoxsa “Yuventus”?

Yanvarın 16-da futbol üzrə İtaliya Superkubokunun final görüşü keçiriləcək.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunacaq görüşdə son İtaliya çempionu “Yuventus” və ölkə kubokunun finalçısı “Milan” klubları üz-üzə gələcəklər.

Bu komandalar ümumilikdə 174 dəfə qarşılaşıblar. Onların 65-də “Yuventus”, 49 dəfə isə “Milan” komandası qalib gəlib. Komandalar İtaliya Superkuboku turnirində 2 dəfə qarşılaşıblar. Onların birində “Milan” (2003-cü il), digərində isə turinlilər (2016-cı il) qalib ayrılıb.

“King Abdulla Sport City” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30 başlayacaq.