21 yanvar 2019 17:50
665

“Roma”nın futbolçusu Cengiz Ündər zədələnib

İtaliyanın “Roma” klubunun türk futbolçusu Cengiz Ündər zədələnib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Torino” ilə oyunun 6-cı dəqiqəsində ağır zədə alaraq meydanı tərk edib. Komandanın baş məşqçisi Eysebio Di Françesko oyundan sonra verdiyi açıqlamada Ünderin zədəsinin ciddi olduğunu deyib: “Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılar var”.

Qeyd edək ki, türk yarımmüdafiəçi cari mövsümdə “Roma”nın heyətində 25 oyuna 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Cengiz Ündər Türkiyə millisinin heyətində 10 oyunda 4 dəfə fərqlənib.