06 iyun 2018 15:31
902

Qobustan Regional Təlim Mərkəzini bitirən məzunların 80-90 faizi işlə təmin edilib

Bu vaxtadək SOCAR-ın Qobustan Regional Təlim Mərkəzini bitirən məzunların 80-90 faizi işlə təmin olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“SOCAR-ın həmin təlim-tədris mərkəzlərini bitirmiş məzunlar qarşısında elə bir öhdəliyi yoxdur ki, onlar mütləq işlə təmin olunmalıdırlar. Bu proses zərurət əsasında tənzimlənir”, - deyə şirkət bildirir.