08 aprel 2019 14:31
2023

Heydər Əliyev adına NEZ-də yeni qurğu tikiləcək

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidən qurulması çərçivəsində yeni Neftin ilkin emali qurğusunun tikintisi daha sərfəlidir. Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Bundan əvvəl NEZ-də neftin ilkin illik emal gücü 7,5 mln. tonadək artırılması çərçivəsində zavodda yerləşən illik gücü 6 mln. ton təşkil edən Neftin ilkin emali qurğusunun (ELOU-AVT) modernləşdirilməsi və keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan Neftin İlkin Emalı qurğusunun NEZ-nin ərazisinə köçürülməsi nəzərdə tutulurdu.

T.Qəhrəmanovun sözlərinə görə, buna baxmayaraq, illik gücü 7,5 mln. ton olacaq yeni qurğunun tikintisi daha sərfəli və səmərəlidir.SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidən qurulması çərçivəsində yeni Neftin İlkin Emalı qurğusunun tikintisi daha sərfəlidir. Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Bundan əvvəl NEZ-də neftin ilkin illik emal gücü 7,5 mln. tonadək artırılması çərçivəsində zavodda yerləşən illik gücü 6 mln. ton təşkil edən Neftin İlkin Emalı qurğusunun (ELOU-AVT) modernləşdirilməsi və keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan Neftin İlkin Emalı qurğusunun BNEZ-nin ərazisinə köçürülməsi nəzərdə tutulub.

T.Qəhrəmanov sözlərinə görə, buna baxmayaraq, illik gücü 7,5 mln. ton olacaq yeni qurğunun tikintisi daha sərfəli və səmərəlidir.