Cari ilin birinci rübündə SOCAR tərəfindən 5,8 milyon tona yaxın xam neft ixrac olunub.
Qaz ixracı isə ölkə üzrə 3,2 milyard kubmetr təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur.
"İki sahil" bu barədə SOCAR-a istinadən bildirir.
Ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib.
Eyni zamanda, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil etməklə əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artıb.