19 aprel 2019 11:19
1377

Pis vərdişlər stressin qarşısını almır

Stressli və ya narahat olduğunuz zaman dırnaqlarınızımı çeynəyirsiniz? Bu sıxıntılı vərdiş təkcə dırnaqlarınıza və dişlərinizə zərər vermir, həm də sağlamlıq problemləri yarada bilər. Niyə insanlar dırnaqlarını çeynəyirlər? Bu vərdişi dayandırmaq üçün nə etmək olar?

* Birincisi, dırnaqlarınızı qırmaq dırnaq formasını poza bilər. Bu vərdişi uzun müddət davam etdirsəniz, bir müddətdən sonra dırnaqlarınız pis formada olar.

* Dırnaqlarınızı dişləyərkən dişinizə də zərər verə bilərsiniz.

* Bu, xəstəliklərə səbəb ola bilər. Əllərimiz və dırnaqlarımız mikrobların ən çox yerləşdiyi yerlərdir. Dırnaqlarınızı tez-tez ağızınıza salaraq bu mikrobları bədəninizə daxil edə və nəticədə xəstələnə bilərsiniz.

* Dırnaq yemək sosial cəhətdən xoşagəlməz bir vərdişdir.

Dırnaq yemək vərdişi sağlamlığınız üçün gizlənmiş bir təhlükə ola bilər. Bununla yanaşı, uzunmüddətli bir problem də yarada bilər.

Dırnaqlara və ətraf toxumalara zərər verməyə davam edən və qarşısı alına bilməyən dırnaqyemə halları gözləmə pozuqluğu hesab edilir. Bu pozuqluq adətən onikfaji adlandırılır. Obsesif-kompulsif və əlaqə pozuqluğu olaraq da təsnif edilir.

Ailədə də bu vərdişin olması, mənəvi və ya zehni stress, əsəbilik, qayğı, çətinlik, aclıq, etibarsızlıq kimi mümkün səbəblər də ola bilər.

Bu pis vərdişi necə dayandırmaq olar?

*  Dırnaqlarınızı qısa saxlayın.

Dırnaqlarınızın qısa kəsilməsi və mütəmadi olaraq qısa saxlanılması dırnaq çeynəməyin qarşısını almaq üçün ən yaxşı yollardan biridir. Dişləmək üçün heç bir şey olmadıqda, nəhayət, vərdişi tərgidəcəksiniz.

*  Manikür etdirin.

Gözəl bir manikür etdirin. Manikür əllərlə yanaşı dırnaqların da gözəl görünməsinə yardımçı ola bilər. Manikürü korlamaq istəmədiyiniz üçün dırnaqlarınızı çeynəmək vərdişindən də getdikcə uzaqlaşacaqsınız.

* Səbəbi axtarın.

Dırnaqlarınızı çeynəməyə sizi nələrin vadar etdiyinə diqqət edin. Sıxıldığınız zaman dırnaqlarınızımı çeynəyirsiniz? Yoxsa narahat olduğunuz zamanmı? Araşdırmalar göstərir ki, insanlar sıxılmış, ac, gərgin və ya stressli olduğu zaman  dırnaqlarını çeynəməyə başlayırlar. Səbəbi müəyyən edin və dırnaqlarınızı çeynəməyi dayandırmaq üçün bununla mübarizə yollarını tapın.

* Əllərinizi məşğul edin.

Əllərinizi məşğul etmək də yaxşı bir həll yoludur. Dırnaqlarınızı çeynəmək istədiyiniz zaman saqqız çeynəyin  və ya stress topunu sıxın. Alternativləri çoxalda bilərsiniz.

* Acı dırnaq boyasından istifadə edin.

Acı dırnaq boyasından istifadə etmək dırnaqlarınızı çeynəməyinizin qarşısını almaq üçün mükəmməl bir hiylədir.

Röya Rasimqızı, “İki sahil”