26 aprel 2019 20:07
1404

İnsanın ən böyük məsuliyyəti elə onun özüdür

Əslində, hər şeyi edə bilməkdə azad olduğumuzu düşündüyümüz yaşlarda istədiyimiz yeməyi yemək mövzusunda azad deyilik. Gənclik dövrünü keçmiş, yetkinlik dövrünün başında olmağımıza baxmayaraq, yaşlılıq dövrümüzün rahatlıqla keçməsi üçün çalışmalıyıq.

Yaş artdıqca məsuliyyətlərin artması reallığını heç kim inkar edə bilməz. Məsuliyyət yalnız ətraf mühitdən məsul olduğumuz hərəkətlərdirmi? İnsanın ən böyük məsuliyyəti elə özüdür. Bədənimizin və ruhumuzun qayğısına qalmaq bizim əsas vəzifəmizdir. Buna görə də, bədənimizin layiq olduğu dəyəri göstərməliyik.

Sağlam qidalanma tərəfdarısınızsa və yaşınız da 30-u keçibsə, yaşlılıq zamanı sağlamlığınızla bağlı çətinliklər yaşamamaq üçün qidalandığınız məhsullara diqqət etməlisiniz.

30 yaşdan sonra istehlak etməməli olduğunuz qidalar

* Ağ çörək və qaymaqlanmış unlar

* Zülal tərkibli qidalar

* Ağ düyü

* Dondurulmuş qidalar

* Partladılmış qarğıdalı (popkorn)

* Hazır qidalar

* Həddindən artıq şəkərli içkilər

* Tərkibində QDO olan qidalar

* Soya südü və soya tərkibli qida məhsulları

* Marqarin

Röya Rasimqızı, “İki sahil”