01 may 2019 10:31
4771

Türk qəhvəsi: faydası və zərəri

Məşhurluğu coğrafiyasından kənara çıxan türk qəhvəsinin tarixi yüz il bundan öncələrə dayanır. Bir fincan qəhvənin qırx il xətri olduğu kimi faydaları və zərərləri də var.

Türk qəhvəsi özünəməxsus qəhvə çəyirdəklərinin üyüdülməsi və qaynadılması, dibində təlvəsinin qoyduğu zövqü, özünəməxsus dadlardan biridir.

Faydaları

Toxluq hissi verir

Qəhvə süd ilə birlikdə içilən zaman, orqanizmə balanslaşdırılmış zülal, karbohidrat və yağ maddələri ilə birlikdə daxil olduğu üçün uzun müddətli toxluq hissi bəxş edir.

Diabet xəstələri üçün uyğundur

İnsulin müqavimətini qıran təsirindən ötəri insanın şəkər ehtiyacını azaldır. Qəhvə ilə birlikdə gətirilən lokum şirniyyatı da bu vəziyyət üçün düşünülüb.

Konsentrasiya artırıcı təsirə sahibdir

Beynin qan dövranını sürətləndirməsinə görə konsentrasiyanı və diqqətini artırır.

Miqrenə qarşı təsiri

Miqren ağrısı beyin damarlarında daralma yaratdığı üçün miqren ağrılarının qarşısını ala bilir. Ancaq tez-tez qəhvə içməyə başlayıb sonra dayandırsanız miqren ağrılarının müddəti və şiddəti arta bilər.

Zərərləri

Sümük əriməsinə səbəb ola bilir

Günaşırı içildikdə, xüsusilə 40 yaşdan sonra sümük əriməsinə səbəb ola bilir.

Yuxusuzluğa və əsəbiliyə səbəb ola bilir

Xüsusilə gecə vaxtlarında içilməsi məsləhət görülmür, bu, yuxusuzluğa və həddindən artıq əsəbiliyə səbəb ola bilir.

Röya Rasimqızı, “İki sahil”