21 may 2019 10:49
1072

“Mikorrizal kök şəbəkəsi”nin ilk qlobal xəritəsi - FOTO

Tədqiqatçılar bütün meşə və qoruq sahələrinin altında ağacları və bitkiləri bir-birinə bağlayan köklərdən, bakteriya və göbələklərdən ibarət kompleks bir şəbəkənin olduğunu təsbit etdi.

500 milyon illik bu şəbəkə, internet üçün istifadə edilən “world wide web-dünya şəbəkəsi” termininə istinadən “world wide web” adlandırılıb.

Beynəlxalq bir araşdırma ilə bu bilinməyən və eyni zamanda,  dünyaya hakim olan “mikorrizal kök şəbəkəsi”nin ilk qlobal xəritəsi çıxarıldı.

“Nature” jurnalında dərc edilmiş araşdırma İsveçrənin Zürih şəhərində yerləşən Krovser Laboratoriyası və ABŞ-ın Stanford Universiteti tərəfindən aparılıb.

Milyardlarla birbaşa meşə müşahidələri və simbiyotik əlaqələri istifadə edən tədqiqatçılar ilk dəfə bu göbələk şəbəkələrini aşağıdan görüntüləyən modelləşdirmə etdi.

Tədqiqatçılardan biri bildirib ki, “ilk dəfə ayaqlarımızın altından dünyanın qlobal görünüşünü əldə etdik.”

Tədqiqatçılar mikromaliyyə şəbəkələrinin iqlim dəyişikliklərinin təsirini məhdudlaşdıran əhəmiyyətini və iqlim dəyişikliyi təhlükəsi altında olduqlarını da bildiriblər.

Professor Krovser “MRT çəkilişinin bizə beynin necə işlədiyini öyrənməyimizdə yardımçı olduğu kimi, torpağın altındakı bu köklərin qlobal xəritəsi də qlobal exosistemlərin necə işlədiyini öyrənməyimizə yardımçı olur” dedi.

Həmçinin professor bildirib ki, “Biz müəyyən növ mikroorqanizmlərin dünyanın müəyyən bölgələrində yaşadığını təsbit etdik və müəyyən bir növ mikroorqanizmlərin necə qurulacağını və iqlimin necə dəyişdiyini anlaya bilərik. Bu növ mikroorqanizmlərin azalması həddindən artıq istiliyin və karbon istehlakının zərərlərini artıra bilər”

Röya Rasimqızı, “İki sahil”