İnsan orqanizminə mənfi və müsbət təsir edən, hər gün qəbul etdiyimiz müxtəlif qidalar var ki, onların bir çoxları bədənimizi tamamilə yeniləməyə xidmət edir. Balanslı qidalanacağımız təqdirdə köhnə hüceyrələr öz yerlərini yeni hüceyrələrə buraxırlar ki, bu da orqanizmimizin yenilənməsini şərtləndirir. Haqqında bəhs edəcəyimiz qidalar əslində gündəlik istifadə etdiyimiz məhsulların bəziləridir. Bəs onlar hansılardır?
Yumurta
Bolluca protein mənbəyi olan yumurta yaraların tez sağalmasına və güclü immunitet sisteminin yaranmasına köməklik edir. Bundan əlavə yumurta həm də sümük və əzələlərimizin yenilənməsi üçün gərəkli olan kollagen istehsalını da artırır. Bunun nəticəsində həm ağciyərlərin oksigenlə dolması artır, həm də fiziki olaraq daha güclü və dayanıqlı oluruq.
Pendir
Pendirin tərkibində bədəni yeniləyən təməl antioksidantların istehsalı üçün önəmli olan sistin aminoasidin vardır. Onun müntəzəm olaraq istifadəsi qəbizlik, qaz və şişkinlik problemlərini aradan qaldırır. Sinir sistemi və beyindəki hüceyrələri bəsləyən pendir zehni inkişafı sürətləndirir.
Qoz
Qoz tərkibindəki doymamış yağ asitlərindən omeqa 3 ilə beyin, sinir və immunitet sistemini qoruyan ən dəyərli qidalardan biri hesab olunur. Xolesterolu azaldaraq ürək-damar sisteminin sağlığını qoruyan qoz, həm də dərinin yenilənməsinə xidmət edir.
Balıq
Xüsusilə yağlı balıqlar omeqa 3 yağ asitləri və D vitamini ilə zəngindir. Omeqa 3 yağ asitləri hüceyrə yenilənməsini təmin edərək dərimizin daha parlaq və sağlam görünməsinə imkan yaradır. Güclü protein mənbəyi olan balıq əzələlərin bərpasına xidmət etməklə yanaşı, beyin inkişafı üçün də güclü mənbə rolunu oynayır.
İspanaq
Bir porsiyasında belə göz və qaraciyər funksiyalarının yaxşılaşdırılması üçün vacib olan A vitamininin günlük ehtiyacının yarısını qarşılayan ispanaq, hüceyrələrin yenilənməsini sürətləndirərək yaraların bərpasına güclü təsir göstərir. İspanaq qırmızı istiot əlavə edərək yeyilsə hüceyrə yenilənməsi daha sürətlə gedər.
Qatıq
Tərkibindəki D vitamini sayəsində hüceyrə yenilənməsini sürətləndirən ən başlıca qidalardan biri də qatıqdır. A vitamini ilə zəngin olan qatıq cavan qalmanın sirlərindən biridir.
Nilufər Mustafaqızı, “İki sahil”